• SOSİAL

    17:27 12 dekabr 2020

Azərbaycanda daha 4268 nəfərdə koronavirus aşkarlanıb, 4085 nəfər sağalıb, 43 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4268 yeni yoluxma faktı qeydə alınıb, 4085 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 171 423 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 107 635 nəfər müalicə olunaraq sağalıb, 1 883 nəfər vəfat edib, aktiv xəstə sayı 61 905 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 378, ötən müddət ərzində isə ümumilikdə 1 938 244 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR