Azərbaycanda qiymətləri təsdiqlənən dərman vasitələrinin sayı 12 442 ədədə çatıb.
Bu barədə Tarif Şurasının katibi Ceyhun Nəcəfov APA-ya açıqlamasında bildirib.
C. Nəcəfov deyib ki, yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclasında Səhiyyə Nazirliyinin müraciəti əsasında dərman vasitələrinin ekspertiza taariflərinə də baxılıb.
O cümlədən 50 dərman vasitəsinin tarifi təsdiqlənib:
“Bununla da Tarif Şurası tərəfindən qiymətləri təsdiqlənən dərman vasitələrinin sayı 12 442 ədəd olub. Qərar fevralın 1-dən qüvvəyə minəcək”.