• SOSİAL

    19:23 27 iyun 2020

Azərbaycanda daha 521 nəfərdə koronavirus aşkarlanıb, 6 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 521 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 15890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib, 6978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR