• SOSİAL

    17:13 20 iyul 2020

Azərbaycanda daha 523 nəfər koronavirusdan sağalıb, 369 nəfər yoluxub, 9 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 27 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib, 8 037 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 817, ötən müddət ərzində isə ümumilikdə 634 698 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR