• SOSİAL

    16:40 14 mart 2022

Azərbaycanda daha 53 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb,168 nəfər müalicə olunaraq sağalıb.

ONA Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 790 820 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 779 585 nəfər müalicə olunaraq sağalıb, 9 618 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 1 617 nəfərdir.

Ölkədə son sutka ərzində 2 437, hazırkı dövrədək isə 6 635 319 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR