• SOSİAL

    20:17 9 iyul 2020

Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxub, 491 nəfər sağalıb, 10 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 548 yeni yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 22464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7505, ötən müddət ərzində isə ümumilikdə 544735 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR