• SOSİAL

    16:41 12 mart 2021

Azərbaycanda daha 576 nəfərdə koronavirus aşkarlanıb, 6 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 461 nəfər müalicə olunaraq sağalıb, 3 268 nəfər vəfat edib, aktiv xəstə sayı 5 230 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 595, ötən müddət ərzində isə ümumilikdə 2 690 711 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR