• SOSİAL

    19:58 1 iyul 2020

Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 588 yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 18112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6682, ötən müddət ərzində isə ümumilikdə 488852 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR