Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 032 yeni yoluxma faktı qeydə alınıb, 5 285 nəfər müalicə olunaraq sağalıb.
ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 22 vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 710 366 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 653 797 nəfər müalicə olunaraq sağalıb, 8 920 nəfər vəfat edib, aktiv xəstə sayı 47 649 nəfərdir.
Ölkədə son sutka ərzində 17 889, hazırkı dövrədək isə 6 296 788 test aparılıb.