• SOSİAL

    15:59 17 mart 2021

Azərbaycanda daha 840 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 840 yeni yoluxma faktı qeydə alınıb, 268 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 242 491 koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 638 nəfər müalicə olunaraq sağalıb, 3 307 nəfər vəfat edib, aktiv xəstə sayı 7 593 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 023, ötən müddət ərzində isə ümumilikdə 2 736 493 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR