• SOSİAL

    15:58 19 yanvar 2021

Azərbaycanda daha 949 nəfər koronavirusdan sağalıb, 305 yeni yoluxma qeydə alınıb, 10 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 949 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 227 696 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 216 720 nəfər müalicə olunaraq sağalıb, 3 032 nəfər vəfat edib, aktiv xəstə sayı 7 944 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 915, ötən müddət ərzində isə ümumilikdə 2 328 507 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR