• SOSİAL

    17:15 28 oktyabr 2020

Azərbaycanda daha 988 nəfər koronavirusa yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 52 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 42 033 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib, aktiv xəstə sayı 9 405 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 426, ötən müddət ərzində isə ümumilikdə 1 319 474 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR