Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahı məlumat yayıb.
ONA-nın xəbərinə görə, qərargahın yaydığı məlumata görə, İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdır.
Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.