Azərbaycanda dərslər mayın 2-dək təxirə salınıb
  • SOSİAL

  • 20:23 18 Aprel 2020

Azərbaycanda dərslər mayın 2-dək təxirə salınıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən,  Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il aprelin 20-dən mayın 2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınır.

Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməlidir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR