• SOSİAL

    15:39 13 mart 2019

Dövlət ümumi təhsil müəssisələrinə 10 illik akkreditasiya şəhadətnaməsi veriləcək

Azərbaycanda dövlət və digər ümumi təhsil müəssisələrinə akkreditasiya şəhadətnaməsinin verilməsinin müddəti açıqlanıb.

ONA-nın məlumatına görə, bu barədə “Ümumi təhsil haqqında” qanun layihəsinin 16-cı maddəsində (Ümumi təhsil fəaliyyətinin lisenziyalaşdırılması və ümumi təhsil müəssisəsinin akkreditasiyası) qeyd edilib.

Sənədin 16.8-ci bəndində göstərilib ki, akkreditasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keyfiyyət sənədinin akkreditasiya şəhadətnaməsinin verilməsi ilə başa çatır. Akkreditasiya şəhadətnaməsi dövlət ümumi təhsil müəssisələrinə 10 il müddətinə, digər ümumi təhsil müəssisələrinə isə 5 il müddətinə verilir.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR