“Azərbaycanda tütünə görə gömrük rüsumu artırılmalıdır. Bu rüsum hazırda çox aşağıdır”.
APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisində Qeyri-infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri, tibb üzrə fəlsəfə doktoru İvo Rakovac deyib.
Onun sözlərinə görə, əhali arasında yüksək qan təzyiqi duzun normadan artıq qəbulu nəticəsində yaranır. Azərbaycanda kişilərin 30 faizi əksər hallarda öz qidalarına duz əlavə edirlər: “Azərbaycanda bu göstərici digər ölkələrlə müqayisədə daha yüksəkdir. Maarifləndirmə aparmaqla bu göstəricini daha da aşağı salmaq olar".