• SOSİAL

    12:37 30 aprel 2019

“Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri” mövzusunda təqdimat keçirilib

Bakının Sabunçu Rayon Məhkəməsində “Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri” mövzusunda təqdimat keçirilib.

ONA-nın xəbərinə görə, Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən təqdimatda çıxış edən ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması təsbit olunub.

Onun sözlərinə görə, hazırda elektron informasiya sistemi Naxçıvan da əhatə olunmaqla ölkə məhkəmələrinin və icra qurumlarının əksəriyyətində tətbiq olunur: “Bu sistem məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir”.

A. Cəfərov qeyd edib ki, “Elektron şəxsi kabinet” vasitəsilə proses iştirakçıları elektron imza ilə təsdiqlənmiş elektron iddia ərizəsi və digər sənədlər vermək, məhkəmə proseslərini izləmək, təyin olunmuş proseslər barədə uzaqdan, yəni SMS, elektron məktubla xəbər tuta, məhkəmə qərarlarını isə elektron formatda hakimin elektron imzası ilə əldə edə bilirlər.

Nazir müavini onu da bildirib ki, icra orqanlarının fəaliyyətinin effektivliyinin artırılması, bu fəaliyyətdə operativliyin və şəffaflığın təmin olunması məqsədilə “Elektron icra” sistemi yaradılaraq tətbiq olunur.

Təqdimat çıxışlarla başa çatıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR