"Azərbaycanda bu ilin üç ayı ərzində ümumi məhkəmələrdə kiçik iddialar anlayışı üzrə elektron qaydada məhkəmə işlərinin 58,5 faiz artımı müşahidə olunur. İqtisadi mübahisələrdə isə bu rəqəm 13 faizdir".
ONA xəbər verir ki, bunu jurnalistlərə Ədliyyə Nazirliyi “Elektron məhkəmə” İşçi Qrupunun nümayəndəsi, hakim Ramin Qurbanov deyib.
Onun sözlərinə görə, bu onu göstərir ki, vətəndaşlar, xüsusilə də iqtisadi sahədə fəaliyyət göstərən sahibkarlar subyektləri elektron qaydada məhkəmələrə müraciət etməyə daha çox meyllilik göstərirlər: "Bu sahədə işlər davam etdirilir. Məqsəd odur ki, nəinki məhkəmə sahəsində, eyni qaydada məhkəmə qərarlarının icrasında da, qanunlarının verilməsində də qanunvericiliyin təkmilləşdirilməsi, əsasən də özəl qurumlar tərəfindən həyata keçirilməsinə baxılır. Beynəlxalq təcrübə göstərir ki, elektron icra və özəl icra sisteminin qurulması vacibdir".