• SOSİAL

    17:37 29 mart 2019

Azərbaycanda əlilliyin təyin edilməsinə dair səbəblər açıqlanıb

Azərbaycanda əlilliyin təyin edilməsinə dair səbəblər müəyyənləşib.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Əlilliyin qiymətləndirilməsi Qaydası" barədə qərar layihəsində əksini tapıb. Sənəddə qeyd edilib ki, şəxsə bu qaydaya əsasən aşağıdakı səbəblərdən birinə görə əlillik təyin edilir:

1. ümumi xəstəlik;

2. istehsalat zədəsi;

3. peşə xəstəliyi;

4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar;

5. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə
əlaqədar;

6. hərbi xidmət dövrü ilə əlaqədar;

7. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;

8. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar;

9. keçmiş SSRİ-nin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar;

10. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya
quruluşunun müdafiəsi ilə əlaqədar;

11. Terror hadisələri ilə əlaqədar.

Sənəd 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR