Azərbaycanda ən yaşlı pensiyaçının 131 yaşı var
  • SOSİAL

  • 10:13 15 Yanvar 2021

Azərbaycanda ən yaşlı pensiyaçının 131 yaşı var

Bu gün ölkəmizdə yaşı 100-dən çox olan pensiyaçıların sayı 400 nəfərdir.

Bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, onlardan 27 nəfəri kişi, 373 nəfəri isə qadındır.

Ən yaşlı kişi pensiyaçı İbrahimov Hilal İsa oğludur. O, 1915-ci il təvəllüdlüdür. Bakı şəhərində yaşayır.

Ən yaşlı qadın pensiyaçı isə 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. O, Lənkəran rayonunda yaşayır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR