• SOSİAL

    13:00 22 noyabr 2019

Azərbaycanda erkən nikahların sayı azalıb

“Azərbaycanda 18 yaşına qədər nikaha girən qızların sayı ilə bağlı ən yüksək göstərici 2011-ci ildə qeydə alınıb: 5138 nəfər”.

ONA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açıqlayıb.

Komitənin təşəbbüsü ilə qanunvericilikdə qızların nikah yaşının 18-ə qaldırıldığını xatırladan H. Hüseynova deyib ki, 2012-ci ildən bu göstərici azalıb: “2018-ci ildə bu göstərici 338 olub. Əvvəl 15-17 yaşında ana olan qızların sayı 4392 nəfər idisə , 2018-ci ildə bu göstərici 2129 nəfərdir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR