Səhiyyə Nazirliyində könüllülərin fəaliyyəti təşkil ediləcək.
ONA-nın xəbərinə görə, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova və Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrasının dosenti Elşad Novruzov könüllülərlə iş üzrə koordinatorlar vəzifəsinə təyin ediliblər.
Koordinatorlara Səhiyyə Nazirliyinin aparatında, Bakı Şəhər Baş Səhiyyə İdarəsində və Azərbaycan Tibb Universitetində könüllü faəliyyət üçün müəyyən edilmiş yerlərin say həddi barədə təkliflər hazırlamaq tapşırılıb.
Əmrə əsasən, könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş şəxslərlə müqavilə bağlanacaq, könüllü fəaliyyət sahəsində görülmüş işlər barədə rübdə bir dəfə Prezident Administrasiyasına məlumat təqdim ediləcək.