• SOSİAL

    11:52 15 aprel 2019

Azərbaycanda gənclərin işlə təmin edilməsi üçün xüsusi proqrama start verilib


Bu gün Gənclər Fondunun təşkilatçılığı ilə Gənclərin Məşğulluğu Proqramına həsr olunmuş tədbir keçirilib.

ONA-nın məlumatına görə, tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib ki, Nizamnaməyə əsasən, Fond gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədi ilə proqrama start verir.
Proqramda başlıca məqsəd 18-29 yaş kateqoriyasında olan və iş təcrübəsi olmayan Azərbaycan vətəndaşlarının məşğulluğunun təmin edilməsi prosesinə dəstək olmaqdır. F. Cəfərov nəzərə çatdırıb ki, işə götürülən gənclərin əmək haqqının bir hissəsi bir il ərzində Gənclər Fondu tərəfindən ödəniləcək: “Bu vəsaitin həcmi qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək. Proqramda regionlarda işə götürülən gənclərə xüsusi diqqət ayrılacaq”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev bildirib ki, Məşğulluq Xidməti Gənclərin Məşğulluq Proqramına hərtərəfli dəstək verməyə hazırdır və layihədə tərəfdaş olmaqdan məmnundurlar: “Biz sahibkarları da bu Proqramda fəal iştirak etməyə çağırırıq”.

F. Musayev onu da qeyd edib ki, keçən il 14 min 700 min gənc məşğulluq xidmətlərinin göndərişi ilə işlə təmin olunub: “Eyni zamanda 1000-ə qədər gənc özünüməşğulluq proqramında iştirak edib, müvafiq dəstək alıb”.
Qeyd edək ki, Proqram çərçivəsində il ərzində 4 dəfə – yaz, ya, payız və qışda sənəd qəbulu elan olacaq. Bu gün elan edilən birini mərhələ mayın 30-dək dövrü əhatə edir. Proqramda 29 yaşına qədər ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş Azərbaycan vətəndaşları iştirak edə biləcək. Sənəd qəbulu Gənclər Fondunun saytı vasitəsi ilə elektron qaydada aparılacaq. Maliyyələşmə Fond və işəgötürən arasında imzalanmış müqavilə əsasında ödəniləcək. İşəgötürən hər ay Fonda Proqram iştirakçısının davamiyyəti və iş göstərisiləri barədə hesabat təqdim edəcək. Fond monitorinq aparmaq hüququna malikdir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR