Azərbaycanda tətbiq edilən sərt karantin rejimi çərçivəsində həftəsonları taksilər fəaliyyət göstərməyəcək.
Bunu "APA-Economics"ə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova deyib.
Onun sözlərinə görə, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, fəaliyyətinə icazə verilən sahələr sırasında taksi xidmətinin olmaması bunu deməyə əsas verir.