• SOSİAL

    12:50 11 aprel 2019

Azərbaycanda hemofiliyalı xəstələrin sayı 1633-ə çatıb

“Azərbaycanda hemofiliyalı xəstələrin sayı ildən-ilə artır. Əgər 2005-ci ildə 900 hemofiliyalı xəstə qeydiyyatda idisə, indi bu 1633-ə çatıb”.

ONA xəbər verir ki, bunu "Azərbaycanda hemofiliya: problemlə necə mübarizə aparmalı?" mövzusunda keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova deyib.

O bildirib ki, 2018-ci ildə dərmanla bağlı çətinliklər olub, dərmanların miqdarı azalıb: "Bunun bir sıra səbəbləri var. Bunlardan biri odur ki, dərmanların qiyməti yüksəkdir. Bir səbəb də odur ki, xəstələr müalicə alır, ömürləri uzanır və dərman da çox lazım olur. Bundan başqa, xəstələrin 80 faizi 15 yaşdan yuxarı olan xəstələrdir. Yaş və çəki artdıqca, dərmana tələbat da artır. Bəzən bir xəstə ildə 20 dəfə müraciət edir və dərman çatmır. Xəstələr də qənaət etməlidirlər".

E.Qədimova deyib ki, bu il vəziyyət nisbətən yaxşıdır: "Biz 4 xəstəyə endoprotez qoymuşuq və 54 ağır hemofiliyalı xəstə profilaktika müalicəsi alır".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR