• SOSİAL

    18:27 29 aprel 2019

Azərbaycanda iflas haqqında iş üzrə məhkəmənin baxış qaydası müəyyənləşib

Prezident İham Əliyev “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1569-VQD nömrəli Qanununun tətbiqi barədə” fərman imzalayıb.

ONA-nın məlumatına görə, qanuna dəyişikliyə əsasən, iflas haqqında iş üzrə məhkəmə baxışı qaydası müəyyənləşib.

Bununla bağlı “Müflisləşmə və iflas haqqında” qanuna yeni 10-1-ci maddə (İflas haqqında iş üzrə məhkəmə baxışı) əlavə edilib. Beləliklə, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil odluğu gündən 1 ay müddətində baxacaq və həmin işin həllinə dair müvafiq qərar çıxaracaq. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılacaq və həmin işin həllinə dair müvafiq qərar çıxarılacaq. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 iş günü qalmış xəbərdar edilməlidir. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 iş günü qalanadək həmin məhkəmə baxışı haqqında İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR