• SOSİAL

    17:09 18 iyun 2021

Azərbaycanda ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyonu ötüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38076 vaksin vurulub.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14302 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2915954, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1908805, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1007149 təşkil edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR