Bu gün Azərbaycanda ilk çərşənbə - su çərşənbəsidir.
ONA-nın xəbərinə görə, su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.
Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.
Qeyd edək ki, od çərşənbəsi martın 5-da, yel çərşənbəsi martın 12-də, ilaxır - torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.