Azərbaycanda ilk dəfə beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək.
Təhsil Nazirliyindən ONA-ya verilən məlumata görə, aprelin 21-də məktəblilər üçün Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi təşkil olunacaq. Müsabiqə Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüsü və mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçiriləcək.
“Öyrənək-əylənək və həll edək” şüarı ilə keçirilən bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 2-10-cu sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır.
Müsabiqə Azərbaycan, rus və ingilis dillərində olmaqla üç fərqli dildə keçiriləcək.