• SOSİAL

    14:58 28 mart 2019

Azərbaycanda ilk dəfə göz almasını yerində saxlamaq əməliyyatı aparılıb

Azərbaycanda göz almasını yerində saxlamaq üçün aparılan cərrahi əməliyyatlar uğurla nəticələnib.

Azərbaycan Tibb Universitetindən ONA-ya verilən məlumata görə, terminal ağrılı qlaukoma müayinəsi ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına müraciət edən 2 xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılıb.

Əməliyyat klinkanın oftalmologiya şöbəsinin müdiri həkim-oftalmoloq Qurban İsmayılovun rəhbərliyi ilə baş tutub. Onun dediyinə görə, bu tipli xəstələrdə əsasən göz alması xaric edilirdi, yəni enkulyasiya olunurdu: “Amma son dövrlər müasir əməliyyat üsulları - Əhməd valf, Ekspress tub və s. üsullarla göz almasını yerində saxlamaq mümkündür. Biz də belə bir əməliyyatın Cərrahiyyə Klinikasında aparılmasına qərar verdik. Klinikaya müraciət edən 1950-ci il təvəllüdlü Şirəli Vəliyevin sol gözü, 1954-cü il təvəllüdlü Həcər İsmayılovanın sağ gözündə “Diod xarer” cərrahiyyə əməliyyatı apardıq və hər iki xəstədə göz almasını yerində saxlamağa nail olduq”.

Şöbə müdirinin sözlərinə görə, bu cür əməliyyat Cərrahiyyə Klinikasında ilk dəfədir icra olunur və xəstələr özlərini olduqca yaxşı hiss edirlər.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR