• SOSİAL

    11:04 12 aprel 2019

Azərbaycanda “İmmunlaşdırma həftəsi” keçiriləcək

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda "İmmunlaşdırma həftəsi"nin keçirilməsi haqqında əmr imzalayıb.

Səhiyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, əmr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin Azərbaycanda da yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Əmrdə 24-30 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” nin təşkili ilə bağlı bütün tibbi idarə və müəssisələrin rəhbərlərinə tapşırıq verilib.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə monitorinqin keçirilməsi, əhalinin maarifləndirilməsinin təminatı da əmrdə nəzərdə tutulub.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR