• SOSİAL

    18:26 17 aprel 2020

Azərbaycanda indiyədək 1340 nəfər koronavirusa yoluxub, 528 nəfər sağalıb, 15 nəfər vəfat edib

Azərbaycan Respublikasında 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA-nın xəbərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı məlumatda bildirilir ki, hazırkı dövrədək ölkəmizdə 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR