• SOSİAL

    16:48 23 aprel 2020

Azərbaycanda indiyədək 1548 nəfər koronavirusa yoluxub, onlardan 948 nəfər sağalıb, 20 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 30 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR