Azərbaycanda indiyədək 2758 nəfər koronavirusa yoluxub, 1789 nəfər sağalıb, 35 nəfər vəfat edib
  • SOSİAL

  • 17:11 13 May 2020

Azərbaycanda indiyədək 2758 nəfər koronavirusa yoluxub, 1789 nəfər sağalıb, 35 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 208.546 test aparılıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR