• SOSİAL

    15:16 1 aprel 2020

Azərbaycanda indiyədək 359 nəfər koronavirusa yoluxub, 26 nəfər sağalıb, 5 nəfər ölüb

Azərbaycanda indiyədək 359 nəfər koronavirus infeksiyasına yoluxub.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.

Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR