• SOSİAL

    13:59 25 mart 2021

Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb

Martın 24-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 650 nəfər vaksinasiya olunub.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR