Azərbaycanda iyun ayı üçün rekord isti qeydə alınıb
  • SOSİAL

  • 12:38 25 İyun 2019

Azərbaycanda iyun ayı üçün rekord isti qeydə alınıb

"Dünən Azərbaycanda 37 dərəcə isti qeydə alınıb. Bu, son 20 ildə iyun ayı üçün rekord göstəricidir".

ONA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, 2009-cu ilin iyun ayında 36 dərəcə isti qeydə alınıb.

M. Babayev iyun ayında Azərbaycanda 37 dərəcə istinin qeydə alınmasını iqlim dəyişikliyinin təzahürü kimi qiymətləndirib.

O vurğulayıb ki, son 30 ildə Azərbaycanda havanın orta temperatur göstəricisi 1.4 dərəcə artıb.

 

 

ONA

Teqlər: isti hava

OXŞAR XƏBƏRLƏR