• SOSİAL

    13:05 9 aprel 2021

Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılıb

Bu gündən Azərbaycanda jurnalistlərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb.

APA-nın məlumatına görə, jurnalistlərin vaksinasiyası Mətbuat Şurasının binasında həyata keçirilir.

Redaksiyalardan Mətbuat Şurasına daxil olan müraciət və siyahılara əsasən, media nümayəndələrinə mərhələli şəkildə peyvənd vurulacaq.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərin vaksinasiyası TƏBİB-ə həvalə olunub: "Planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun. Vurulacaq vaksin "Coronovac" peyvəndidir. İndiyədək bizə redaksiyalardan təqdim olunan siyahıda peyvənd olunmaq istəyən jurnalistlərin sayı 200-ə yaxındır".

Ə.Amaşov qeyd edib ki, jurnalistlər koronavirusla bağlı müxtəlif beynəlxalq tədbirlərdə iştirak ediblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR