Azərbaycanda kəpəyin istehsalı və satışı vergidən azad olunub.
ONA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında müzakirə edilən qəbul edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub.
Bundan əlavə, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı da daha 1 il vergidən azad olunacaq. Vergidən azadetmə 2021-ci ilədək davam edəcək.
Layihə səsverməyə çıxarılıb və qəbul edilib.