• SOSİAL

    16:43 18 aprel 2019

Azərbaycanda Konstitusiya Məhkəməsi sədrinin maaşı artırılıb

Azərbaycan Prezidenti İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1544-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

ONA-nın xəbərinə görə, sərəncamla Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, həmin Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bundan başqa, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda 71.2-ci maddə aşağıdakı redaksiyada verilib:

“71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşına bərabərdir”;

Qanuna aşağıdakı məzmunda 73.10-cu maddə əlavə edilib:

“73.10. Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR