• SOSİAL

    17:47 24 mart 2021

Azərbaycanda koronavirusa 1185 yeni yoluxma qeydə alınıb, 20 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1185 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 249 492 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233 834 nəfər müalicə olunaraq sağalıb, 3404 nəfər vəfat edib, aktiv xəstə sayı 12254 nəfərdir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR