Azərbaycanda koronavirusa 1849 yeni yoluxma qeydə alınıb, 1048 nəfər sağalıb, 19 nəfər vəfat edib
  • SOSİAL

  • 14:57 14 Noyabr 2020

Azərbaycanda koronavirusa 1849 yeni yoluxma qeydə alınıb, 1048 nəfər sağalıb, 19 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1849 yeni yoluxma faktı qeydə alınıb, 1048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 73 429 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 54049 nəfər müalicə olunaraq sağalıb, 946 nəfər vəfat edib, aktiv xəstə sayı 18434 nəfərdir.

Ölkədə son sutka ərzində 13325, hazırkı dövrədək isə 1 502 707 test aparılıb.

 

ONA

Teqlər: koronavirus

OXŞAR XƏBƏRLƏR