• SOSİAL

    16:15 17 noyabr 2020

Azərbaycanda koronavirusa 2075 yeni yoluxma qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Azərbaycanda ümumilikdə 79158 nəfər COVID-19-a yoluxub, 1005 nəfər vəfat edib.


Ölkədə son sutka ərzində 13213, hazırkı dövrədək isə 1536434 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR