Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb, 2 109 nəfər müalicə olunaraq sağalıb.
ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 294211 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 257942 nəfər müalicə olunaraq sağalıb, 4045 nəfər vəfat edib, aktiv xəstə sayı 32224 nəfərdir.
Ölkədə son sutka ərzində 14207, hazırkı dövrədək isə 3068679 test aparılıb.