Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 189 yeni yoluxma faktı qeydə alınıb, 2 072 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1510 nəfər vəfat edib, aktiv xəstə sayı 50 989 nəfərdir.