• SOSİAL

    18:35 28 noyabr 2020

Azərbaycanda koronavirusa 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 212 yeni yoluxma faktı qeydə alınıb, 1 760 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 114 025 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 71 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib, aktiv xəstə sayı 41 011 nəfərdir.

Ölkədə son sutka ərzində 18 420, hazırkı dövrədək isə 1 700 654 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR