• SOSİAL

    16:56 13 yanvar 2023

Azərbaycanda koronavirusa 93 yeni yoluxma aşkarlanıb, 5 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.

ONA Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 228 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 647 nəfər müalicə olunaraq sağalıb, 10 042 nəfər vəfat edib, aktiv xəstə sayı 539 nəfərdir.

Ölkədə son sutka ərzində 1 633, hazırkı dövrədək isə 7 453 564 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR