Azərbaycan Respublikasında 13 mart tarixində yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 5,942 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONA-ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 453,586 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.