• SOSİAL

    19:10 29 aprel 2020

Azərbaycanda indiyədək 1766 nəfər koronavirusa yoluxub, 1267 nəfər sağalıb, 23 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, xronik obstruktiv ağciyər xəstəliyi və ürəyin işemik xəstəliyi olan 1944-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1267 nəfər müalicə olunaraq sağalıb, 23 nəfər vəfat edib, 476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 137.379 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR