Azərbaycan Respublikasında hazırkı dövrədək 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Bu barədə APA-ya Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından məlumat daxil olub.
Qeyd edək ki, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.